Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə millisinin üzvü Zeki Çelik “Beşiktaş”a keçmək istəməyib.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Roma”nın formasını geyinən müdafiəçi ilə müqavilə imzalamaq istəyib.
Lakin Çelik Türkiyəyə geri qayıtmaq niyyətində olmadığını qarşı tərəfə bildirib.
“Roma” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq türk futbolçunun İtaliyada “Yuventus”, “Milan” klublarının təkliflərini dəyərləndirəcəyi ehtimal edilir.