Roma nın hücumçusu sabiq komandasına geri qayıdacaq

06.05.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna millisinin və "Roma"nın forvardı Artyom Dovbik İspaniyaya geri qayıtmağa hazırlaşır.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, ukraynalı futbolçu "Jirona" ilə danışıqlar aparır.

La Liqa təmsilçisi Dovbiki transfer etmək üçün klubu ilə də danışıqlara start verib.

27 yaşlı forvard 2024-cü ildə "Roma"ya "Jirona"dan keçmişdi. Artyomun "canavarlar"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью