sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Roma"nın müdafiəçisi Cianluca Mançini, "Udineze" ilə oyunun birinci yarısında Atta ilə toqquşma nəticəsində burun sümüyü sınıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Bu gün əməliyyat olunan 29 yaşlı futbolçu bir neçə saat içində xəstəxanadan çıxacaq.
O, qoruyucu maska ilə gələcək matçlarda iştirak edəcək və növbəti Serie A oyununda "Kalyari" ilə qarşılaşmada forma geyməsi gözlənilir.
Qeyd edək ki, Mançinin komandası "Udineze" ilə oyunda 0:1 hesabı ilə məğlub olub.