Roma nın təklifinə razılaşdı

18.07.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Roma" "Lans"ın mərkəz yarımmüdafiəçisi Neil El-Aynauinin transferi ilə bağlı birbaşa təmas qurub.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb. 24 yaşlı futbolçunun artıq "Roma" ilə 5 illik müqaviləyə razılıq verdiyi bildirilir.

Lakin "Lans" sözləşmənin rəsmiləşməsi üçün İtaliya təmsilçisindən təklifin artırılmasını tələb edir. Tərəflər arasında razılaşmanın yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Neil El-Aynaui ötən mövsüm "Lans"ın heyətində 26 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2027-c ilin yayına qədərdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью