Roma nın yarımmüdafiəçisi üçün 9,5 milyon avro ödəyəcəklər

11.06.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kalyari" "Roma"dan icarəyə götürdüyü Tommazo Baldantsi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası klubu italiyalı futbolçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Göy-qırmızılar" 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün paytaxt klubuna 9,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Kalyari" Tommazo Baldantsini bu ilin yayında icarəyə götürüb. İtaliya U-21 millisinin sabiq üzvü sardiniyalıların heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol ötürməsi edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью