Roma özbək futbolçusu ilə müqaviləni uzatdı

20.04.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Roma" hücumçusu Eldor Şomurodovla müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu bardə insayder Nikola Skira məlumat yayıb.

Özbəkistanlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin iyununa qədərdir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.  Komandanın baş məşqçisi Klaudio Ranyerinin Şomurodovun qalmasında israrlı olduğu bildirilib.

Qeyd edək ki, Özbəkistan millisinin üzvü bu mövsüm "Roma"da bütün turnirlərdə 32 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью