Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Roma Papası XIV Leo insanları mənəvi məsələlərdə qərarlarını özləri verməyə və süni intellektdən (Sİ) bu məqsədlə istifadə etməməyə çağırıb.
Bu barədə çərşənbə günü ANSA agentliyi məlumat yayıb.
Pontifikin fikrincə, süni intellekt yeni imkanlar yaratsa da, insanların “yalnız insan vicdanından asılı olan qərarları alqoritmlərə həvalə etməyə alışması” riski mövcuddur.
XIV Leo insanlar arasındakı münasibətlərin “getdikcə daha çox virtuallaşdığını” bildirib.
O vurğulayıb ki, “xristian icmasının məqsədi sosial münasibətlərə real məzmun və insani dərinlik qazandırmaqdır”.
ANSA qeyd edir ki, Roma Papası bu fikirləri Vatikanda keçirilən həftəlik audiyensiya zamanı səsləndirib.