Roma Papası: Dünya artıq müharibəyə dözə bilməz

20.07.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərq üçün sülh yolu ilə həll vacibdir.

SİA xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib.

“Müharibə vəhşiliyinə dərhal son qoyulmasını və münaqişənin sülh yolu ilə həllini xahiş edirəm. Beynəlxalq ictimaiyyəti humanitar qanunlara riayət etməyə və mülki şəxslərin müdafiəsi öhdəliyinə, habelə kollektiv cəzanın, ayrı-seçkilik olmadan güc tətbiqinin və əhalinin məcburi köçkünlüyünün qadağan edilməsinə hörmət etməyə çağırıram”, - deyə Roma Papası qeyd edib.

Papa Leo Qəzzada katolik kilsəsinə hücum nəticəsində ölənlər üçün kədərini ifadə edib, həlak olanların ailələrinə və bütün kilsə üzvlərin yaxınlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью