Roma Papası dünyada zorakılığa son qoymağa çağırıb AZƏRTAC

26.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vatikan, 26 dekabr, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Milad bayramı ilə əlaqədar Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (Romaya və dünyaya) çıxışı zamanı dünyada zorakılığa son qoymağa çağırıb.

AZƏRTAC xəbər verir ki, katoliklərin ruhani lideri Milad bayramında münaqişə zonalarında atəşkəs çağırışını yeniləyib.

Roma Papası Qəzzada yaranmış ağır vəziyyətdən narahatlığını bildirib, atəşkəs, girovlar azad olunması və insanlara yardım edilməsi ilə bağlı çağırış edib. Pontifik Ukrayna, Yaxın Şərq, Livan və Suriyada dialoq və davamlı sülhə nail olunmasının vacibliyini vurğulayıb. Həmçinin, səhiyyə problemləri ilə üzləşən Afrika ölkələri, eləcə də münaqişələr və iqlim dəyişmələrindən əziyyət çəkən milyonlarla insan üçün dua etdiyini bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью