Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Roma Papası Fransiski qoruyan İsveçrə Qvardiyası pontifikin mümkün ölümü və dəfn mərasimi ilə bağlı məşqlərə başlayıb.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, İsveçrə Qvardiyası pontifikin ölümü də daxil olmaqla istənilən ehtimala hazırlıq görür.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin açıqlamasında deyilir ki, Papa Fransiskin vəziyyəti stabildir və qan analizinin nəticələri bəzi göstəricilərdə onun bir qədər yaxşılaşdığını göstərir.
Xatırladaq ki, 88 yaşlı pontifik fevralın 14-dən xəstəxanadadır. Bir gün əvvəl ona ikitərəfli pnevmoniya (sətəlcəm) diaqnozu qoyulub. Həkimlər onun kliniki vəziyyətinin mürəkkəb olduğunu bildirirlər.
E. KAMAL