Roma Papası ilk dəfə xarici səfərə çıxır Türkiyəyə

07.10.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Roma Papası XIV Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Reuters Vatikana istinadən məlumat yayıb.

Bu, 1,4 milyard üzvü olan Katolik Kilsəsinin yeni liderinin İtaliyadan kənarda ilk səfəri olacaq.

Papa Leo noyabrın 27-dən 30-dək Türkiyəyə, daha sonra noyabrın 30-dan dekabrın 2-dək Livanda olacaq.

Səfər zamanı onun Yaxın Şərqdəki xristianların problemlərinə toxunacağı və bütün regionda sülhə çağıracağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью