Roma Papası ölüm ayağındadır İDDİA | Icma.az
Icma.az, Lent az saytına istinadən bildirir. 88 yaşlı Roma Papası Fransisk ağır bronxit səbəbiylə təcili yerləşdirildiyi Roma xəstəxanasında
Lent.az bildirir ki, “Politico”nun məlumatına görə, pontifikə yaxın mənbələr onun ciddi böhran keçirdiyini və bu dəfə onun üçün ölümcül ola
Fransisk tənəffüs yolu infeksiyası ilə bağlı fəsadlarla ixtisaslaşmış tibb müəssisəsinə aparılıb.
Papanın gəncliyində ağciyərin bir hissəsinin çıxarılması ilə ağırlaşan bronxit mürəkkəb polimikrob infeksiyaya çevrilib.
Vatikan rəsmiləri klinik mənzərənin nikbinlik üçün çox az səbəb olduğunu rəsmən etiraf ediblər.
Vəziyyətlə tanış olan mənbələr qeyd edir ki, Fransisk şiddətli ağrılar keçirir və məxfi söhbətlərdə bu böhrandan sağ çıxa bilməyəcəyindən narahatlığını bölüşür.
Həkimlər onun fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmağa məcbur olublar: keçən həftə ona hətta müalicə zamanı nadir hallarda qaçırdığı ənənəvi səhər Angelus duasını oxumağı belə qadağan ediblər.
Nəşrin yazdığına görə, Papanın özü xəstəxanaya yerləşdirilməyə müqavimət göstərib və iqamətgahında qalmağa üstünlük verib, lakin həkimlər onu real ölüm riski barədə xəbərdarlıq edərək, müalicəyə kritik ehtiyac olduğuna inandırıblar.
Tam oxu
Xəbəri oxu