Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Roma Papası XIV Leo İspaniyanın paytaxtı Madridə səfəri zamanı futbol azarkeşlərini maraqlandıran suala cavab verib.
İdman.Biz xəbər verir ki, pontifikdən İspaniyada hansı komandaya üstünlük verdiyi – “Real Madrid”, yoxsa “Barselona”ya azarkeşlik etdiyi soruşulub.
XIV Leo seçim etməkdə çətinlik çəkməyib:
“Bu, çox asandır. Papa bütün komandaları dəstəkləyir, amma Prevost “Real Madrid”ə azarkeşlik edir”, - deyə o bildirib.
Pontifik bununla Papa seçilməzdən əvvəl daşıdığı soyadına – Prevosta işarə edib.
Roma Papası həmçinin futbol üzrə qarşıdakı dünya çempionatında ABŞ millisinə azarkeşlik edəcəyini də əlavə edib.