Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vatikanın dövlət başçısı Papa XIV Leo bildirib ki, bir çox mütəxəssisin süni intellektlə bağlı ifadə etdiyi narahatlıqlar ciddiyə alınmalıdır.
Məlumatı “Anadolu” verib.
Dünən axşam Metz şəhərində Fransaya dörd günlük rəsmi səfərini başa vuran və oradan Romaya qayıdan papa, geri dönərkən səfərdə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb.
Süni intellektin inkişafı ilə bağlı risklər və müzakirələr barədə suala cavab olaraq Papa bildirib ki, bir çox mütəxəssisin süni intellektlə bağlı ifadə etdiyi narahatlıqların ciddiyə alınmalı olduğuna inanır. O qeyd edib: “Mən bunları bəzilərinin iddia etdiyi kimi, maddi və ya digər maraqları güdən yalan məlumatlar hesab etmirəm”.
Papa Amerikanın çip istehsalçısı Nvidia şirkətinin rəhbərinin süni intellekt sistemlərinin nəzərdə tutulan tətbiq dairəsindən kənara çıxmasının və zərər verməsinin qarşısını almaq üçün qoruyucu maneələrin və ya könüllü məhdudiyyətlərin tətbiq edilməsinin mümkünlüyünü təklif etdiyi açıqlamanı xatırladıb.
P.ƏMİRCANOV
XQ