Roma Papası Suriya üçün dua edir

11.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Katoliklərin ruhani lideri  Papa Fransisk çərşənbə günləri keçirilən ənənəvi ümumi qəbul iclasında Suriyada baş verənlərlə bağlı qiymətləndirmələr edib.

“Cebheinfo.az” xəbər verir ki, Papa Fransisk "Suriyanın tarixinin bu həssas məqamında baş verənləri yaxından izləyirəm",- deyib. 

Papa Suriyada sabitlik və birliyin məsuliyyətlə dəstəkləndiyini, yeni münaqişələr və parçalanmalar olmadan siyasi həllə nail olmağa ümid etdiyini bildirib:

"Suriya xalqının öz torpaqlarında sülh və əmin-amanlıq içində yaşaması üçün dua edirəm. Fərqli dinlər illərdir müharibə ilə sarsılan bu xalqın xeyrinə dostluq və qarşılıqlı hörmət içində birlikdə irəliləsin”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью