Roma Papası Trampın immiqrasiya siyasətini bəyənmir KONKRET

22.01.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Roma Papası Fransisk Donald Trampın immiqrasiya siyasətini pisləyib və qeyri-qanuni mühacirlərin deportasiyası planlarını rüsvayçılıq adlandırıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, İtaliya televiziyasına müsahibə verən Roma Papası Trampın immiqrasiya ilə bağlı planlaşdırdığı və onun andiçmə mərasimindən sonra qüvvəyə minəcək sərəncamlarına toxunub.

Francis deyib: “Əgər deyilənlər doğrudursa, ayıb olar. Bu düzgün yol deyil”.  Fransisk  üçün immiqrantların müdafiəsi onun missiyasının əsas hissəsidir.Bu məsələ onun üçün də şəxsi məsələdir. O, tərcümeyi-halında 1927-ci ildə İtaliyadan Argentinaya mühacirət etmək niyyətində olan və Principessa Mafalda gəmisinin qəzaya uğramasından möcüzəvi şəkildə xilas olan və bunu sonradan həyata keçirən ata-babasının və atasının hekayəsindən bəhs edir. Çikaqo kardinalı Blez Kupiç də Fransiskin fikiri  ilə razılaşaraq, kütləvi deportasiya siyasətini tənqid edib.  Donald Tramp ABŞ-nin 35-ci prezidenti Con Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətlləri ilə bağlı məxfi materialları yaymağa hazırlaşdığını da açıqlayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью