Roma Papası Trampla polemikaya girmək istəmədiyini bildirib

13.04.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın tənqidindən sonra belə müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini bildirib.


AFP-nin xəbərinə görə, Əlcəzairəyə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini bildirib .

“Mən onunla polemikaya girmək istəmirəm. Mesaj eynidir - sülhü təşviq etmək”, – Roma Papası “Reuters”ə deyib.
Qeyd edək ki, bir qədər əvvəl Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.


"Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir", - deyə Tramp bildirib.
Ağ Ev lideri xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью