Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vatikan, 12 may, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Türkiyənin Bursa vilayətinin İznik rayonuna səfərə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Roma Papası Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirakla bağlı hazırlıqlar görüldüyünü deyib.
Qeyd edək ki, Birinci Nikeya Kilsə Məclisi xristianlıq tarixində mühüm yer tutur və ilk dəfə 325-ci ildə keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan