Roma Papası Zelenski ilə DANIŞDI

19.10.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Xerson vilayətinin Alyoşki şəhərindəki ağır humanitar vəziyyətə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.

“Danışıq zamanı Müqəddəs Ata Xerson vilayətinin Alyoşki şəhərindəki ağır vəziyyəti xatırladıb və daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı humanitar atəşkəs müraciətini qeyd edib”, – məlumatda bildirilib.

Pontifik tərəflər arasında əməkdaşlığın Alyoşkiyə ərzaq və tibbi yardımın çatdırılmasına, həmçinin mülki əhalinin könüllü və təhlükəsiz şəkildə təxliyəsinə imkan yaradacağına ümid etdiyini bildirib.

Telefon danışığı oktyabrın 19-da baş tutub.

Xədicə BAXŞILI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью