Roma papasında xərçəng aşkarlanıb

14.10.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Roma Papası XIV Leonun səhhətində ciddi problem meydana gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Papa XIV Leonun səhhətində problemlər yarandığını Vatikan da təsdiq edib. Vatikan həkimlər bildiriblər ki, Papa XIV Leonun ağciyərində bədxassəli şiş aşkarlanıb.
Müəyyən məsləhətləşmələr və dünyaca tanınmış cərrahlarla fikir mübadiləsi aparıldıqdan sonra Papa XIV Leo əməliyyat olunub. İlkin məlumata görə, cərrahiyə əməliyyatı uğurla başa çatıb. Roma Papasının ağciyərində olan şişin çıxarıldığı bildirilir.
Həkimlər Papa XIV Leonun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью