Icma.az, Azpost saytına istinadən bildirir. Roma Papasının Fransiskin səhhəti pisləşib, o mexaniki ventilyasiyaya qoşulub.
AzPost bildirir ki, “Vatican News” məlumat yayıb. Dünən pontifik bir dəfə bronxospazm epizodu keçirib.
Bu təhlükəlidir, çünki bronxial əzələlər yığılır, beləliklə, oksigen axını və bədəndən karbon qazının çıxarılması pozulur.
Nəşr yazır ki, Papanın tənəffüs yolları təmizlənib və o, qeyri-invaziv mexaniki ventilyasiyaya qoşulub.
Frensis bütün vaxt ərzində şüuru üstündə olub və gecəni sakit keçirib.
Xatırladaq ki, pontifik hazırda ikitərəfli pnevmoniyadan müalicə alır və yüngül böyrək çatışmazlığı əlamətləri də var.
Vatikan daha əvvəl pontifikin qan köçürüldüyünü və vəziyyətinin ağır olduğunu bildirmişdi.
“TikTok”da izləyin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.