Roma Papasının son vəziyyəti açıqlanıb | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Roma Papası Fransiskin sağlamlıq vəziyyəti stabildir və o, tənəffüs yollarının infeksiyasından müalicəsini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruninin sözlərinə görə, hazırda pontifikin vəziyyəti stabildir və o, dərman qəbul etməyə davam edir.
Məlumat üçün qeyd edək ki, fevralın 14-də Roma Papası Fransisk uzun müddət davam edən bronxitin müalicəsi üçün xəstəxanaya müraciət etmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu