Roma Papasının üzüyü çəkiclə məhv ediləcək

22.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vəfat etmiş Roma Papası Fransisk üçün hazırlanmış üzük xüsusi mərasim zamanı çəkiclə məhv ediləcək.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu üzüyün məhv edilməsi qədim bir ənənəyə əsaslanır. Belə ki, üzük əvvəllər pontifik tərəfindən sənədlərin möhürlənməsi və məktubların mumla bağlanması üçün istifadə olunurdu.

Onun məhv edilməsi isə sənədlərin və yazışmaların saxtalaşdırılmasının qarşısını almaq məqsədi daşıyır. Üzük qırıldıqdan sonra Papa Fransiskin tabutuna yerləşdiriləcək.

"Balıqçı üzüyü" kimi tanınan bu papalıq simvolu hər pontifik üçün unikal olur və nə ötürülə, nə də yenidən hazırlanıb istifadə oluna bilər. Məlumata görə, bu cür üzüklər Romada, "Roma zərgərlik gildiyası"nın üzvü olan ustalar tərəfindən hazırlanır.

Üzüyün qırılması vəzifəsi irland əsilli, Vatikanın ən nüfuzlu simalarından biri sayılan kardinal Kevin Cozef Farrellə tapşırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью