Roma Papasının vəziyyəti sabitdir

02.03.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Roma Papası Fransiskin bronxospazmdan sonra vəziyyəti sabit qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, pontifik qeyri-invaziv süni ventilyasiya almağa davam edir.

Xatırladaq ki, Roma Katolik Kilsəsinin 88 yaşlı rəhbəri fevralın 14-dən xəstəxanadadır. Ona tənəffüs yollarının infeksiyası səbəbindən ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Fevralın 22-də və bir gün əvvəl tənəffüs tutmaları olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью