Roma papasının vəziyyəti yenidən PİSLƏŞDİ

23.02.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yenidən pisləşib.

Modern.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pontifik bu gün səhər saatlarında astmaya bənzər tənəffüs böhranı keçirib. Həmçinin aparılan testlər nəticəsində onda trombositopeniya aşkarlanıb və qan köçürülüb.

Roma Papasının vəziyyətinin ağır olaraq qaldığı, ağrıları çox olsa da, bütün günü kresloda oturaraq keçirdiyi qeyd edilib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью