“Roma” “Qalatasaray”ın futbolçusunu transfer etməyəcək

02.06.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Hazırda karyerasını İtaliya A Seriyası təmsilçilərindən "Roma"da davam etdirən Viktor Nelssonun gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, futbolçu müqavilə ilə məxsus olduğu "Qalatasaray"a geri qayıdacaq,

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Qurdlar" 26 yaşlı müdafiəçinin müqaviləsində yer alan 10 milyon avroluq bəndi aktivləşdirməyəcək.

Xatırladaq ki, Nelsson bu ilin fevral ayında 500 min avro qarşılığında "Roma"ya icarəyə verilmişdi.

Qeyd edək ki, Danimarka millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 9 rəsmi matçda iştirak edib.

Maksimin “Fənər”i tərk etdi Fransa millisinin üzvü daha 2 il “Atletiko”da - RƏSMİ Tadiç "sarı-lacivərdli" azarkeşlərlə vidalaşıb "Fənərbaxça" "Benfika" ilə qarşılaşacaq 2 il fasilədən sonra La Liqaya qayıdır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью