Roma sabiq baş məşqçisi ilə razılaşıb

13.11.2024

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Roma” Klaudio Ranyerini baş məşqçi təyin etməyə yaxındır.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Roma klubuna qayıtmasına bir addım qalıb. Belə ki, tərəflər 2025-ci ilin yayına qədər olan müqavilə bağlamağa yaxındırlar.

Qovulan İvan Yuriçin yerini italiyalı çalışdırıcı tutacaq. Ranyeri əvvəllər “Roma”ya rəhbərlik edib (2009-2011, 2019). 

Ranyeri ötən mövsüm başa çatdıqdan sonra “Kalyari”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlasa da, 5 aydan sonra yenidən qayıdacaq kimi görünür.

Ronaldinyo Bakıya gəlib Ten Haqa İtaliyadan müştəri Arda Gülər "Fənərbaxça"ya qayıtmaq istəyir Böyükağa Ağayev: "Qarabağ"ın qələbəsi çox çətin oldu" "Araz-Naxçıvan"ın legionerinə Premyer Liqadan tələb var
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью