Roma və Milan ın transfer mübadiləsi

22.04.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Roma" icarə əsasında komandada çıxış edən Aleksis Saelemaekersi transfer etmək istəyir.

İdman.biz xəbər verir ki, "canavarlar" bununla bağlı onun məxsus olduğu "Milan"a müraciət ediblər.

İtaliya mətbuatı milanlıların bu keçidə 20 milyon avro tələb etdiklərini yazıb. Amma "Roma"nın bu rəqəmlə razı olmadığı bildirilib. Danışıqlar zamanı "Roma"ya məxsus və "Milan"da icarə əsasında oynayan Toni Abrahamın təklif ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Saelemaekers bu mövsümdə "Roma"nın heyətində 28 matçda 6 qol vurub, 6 ötürmə verib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью