Icma.az, 525.az saytına istinadən bildirir.
Dünən İtaliyanın paytaxtı Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın bir qədər sonra güclü partlayışla nəticələnib.
Hadisə Kolleferro qəsəbəsindəki KNDS Ammo Italy zavodunda yaşanıb. Partlayış o qədər güclü olub ki, onlarla kilometr məsafədə eşidilib.
Bu zavodda orta və böyük kalibrli silahlar üçün mərmilər, həmçinin, aerokosmik daşıyıcılar üçün bərk yanacaq hazırlanır. Hazır mal dünyanın 40 ölkəsinə, o cümlədən Ukraynaya satılır.
İlkin məlumatlara görə, yanğın barıtın preslənməsi sexində başlayıb. Güclü alov yanğınsöndürənlərin əraziyə yaxınlaşmasına bir müddət imkan verməyib. Bu üzdən insan itkisi barədə məlumat yoxdur.
L.Tağıyeva