Roma yayda gətirdiyi hücumçunu göndərəcək

29.11.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Roma" "Brayton"dan icarəyə götürdüyü Evan Ferqyusonla bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, paytaxt klubu irlandiyalı hücumçunu vaxtından əvvəl göndərəcək. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Ferqyuson A Seriyası təmsilçisində ümidləri doğrultmayıb. 21 yaşlı forvard yanvar ayında müqavilə ilə məxsus olduğu "Brayton"a qayıdacaq.

Qeyd edək ki, "Roma" Evan Ferqyusonu bu ilin iyul ayında icarəyə götürüb. İrlandiya millisinin üzvü "canavarlar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью