“Roma” yeni hücumçusunu açıqladı

20.08.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Aston Villa”nın hücumçusu Leon Beyli karyerasını İtaliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, yamaykalı futbolçu “Roma”ya icarə əsasında keçib. Müqavilədə Beylinin daimi transferi üçün də seçim hüququ nəzərdə tutulub.

Razılaşmaya əsasən, “Roma” icarə üçün 3 milyon avro ödəyəcək, futbolçunu tam transfer etmək istəsə, əlavə 22 milyon avro xərcləyəcək.

28 yaşlı forvard ötən mövsüm İngiltərə Premyer Liqasında 24 oyunda meydana çıxıb, 1 qola və 2 assistə imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью