Roma Yuriçi də yola salıb İdman və Biz

10.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Roma" baş məşqçi İvan Yuriçlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, xorvatiyalı mütəxəssis paytaxt klubunda cəmi 2 ay işləyə bilib.

A Seriyasının 12-ci turunda öz meydanında "Bolonya"ya 2:3 hesablı məğlubiyyət Yuriçin istefaya göndərilməsi ilə nəticələnib. "Canavarlar" onun rəhbərliyi ilə bütün turnirlərdə 4 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb, 5 dəfə uduzub. Komanda A Seriyasında 13 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis sentyabrın ortasında "Roma"ya baş məşqçi təyin olunmuşdu. O, bu vəzifədə Daniele De Rossini əvəzləmişdi.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью