Romada Azərbaycanın aqrar qida sistemi barədə məlumat verilib

22.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romada “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovatov həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir.

Sentyabrın 22-də təşkil olunan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью