Romada bir qızıl, bir bürünc medal

05.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İyunun 4-də İtaliyanın paytaxtı Romada parataekvondo üzrə Qran-pri keçirilib.

Futbolpress.az xəbər verir ki, ən yüksək reytinqli parataekvondoçuların mübarizə apardığı turnirdə ölkəmizi K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) təmsil ediblər.

Sabir Zeynalov 1/4 final mərhələsində braziliyalı Fabricio Souza, yarımfinalda türkiyəli Ali Can Özcan, finalda isə cənubi koreyalı Pyeonggang Lee üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb.

İmaməddin Xəlilov isə 1/4 finalda taylandlı Tanapan Sotthisetə qalib gəlsə də, yarımfinalda italiyalı Antonino Bossolo ilə qarşılaşmada mübarizəni dayandırıb və turniri bürünc medalla başa vurub.

Parataekvondoçularımız yarışa baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qatılıblar.

Qeyd edək ki, Roma Qran-Prisində əldə olunan nəticələr idmançılara Los-Anceles-2028 Yay Pralimpiya Oyunları üçün reytinq xalları qazandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью