Romada bomba xəbərdarlığına görə bir neçə məktəb təxliyə edilib

11.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 noyabr, AZƏRTAC

İtaliyanın paytaxtı Romada bir neçə məktəbə bomba təhlükəsi ilə bağlı elektron məktubların göndərilməsindən sonra təxliyə tədbirləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ANSA informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, xəbərdarlıqlar şəhərin cənubundakı Appio-Tuskolano rayonunda yerləşən məktəblərə, o cümlədən ibtidai təhsil müəssisələri və uşaq bağçalarına göndərilib.

Hadisədən sonra şagirdlər və məktəb əməkdaşları təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda müvafiq qurumlar tərəfindən təhsil müəssisələrində təhlükəsizlik yoxlamaları aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью