Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

08.02.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

İtaliyanın paytaxtı Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər.

SİA xəbər verir ki, Latsio, Emiliya-Romanya və Toskana regionlarından yola çıxan fermerlər 23 traktorla paytaxtın İrnerio meydanına toplaşıblar.

Aksiya iştirakçıları kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət yönəltmək məqsədilə bu addımı atıblar. Kənd təsərrüfatı məhsulları üçün ədalətli qiymətin olmasının zəruriliyi bildirilib.

Etirazlara paytaxt sakinləri də qoşulublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью