Romada güclü partlayış olub yaralananlar var

04.07.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb.

Yaralılar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var.

Bildirilib ki, hadisə yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub və məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur. Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью