Romada keçirilən Masters turnirinin yarımfinal və finalçıları müəyyənləşdi

16.05.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Romada keçirilən "Masters" turnirində qadın tennisçilərin mübarizəsində Kori Qauff Çjen Sinveni məğlub edərək (7:6, 4:6, 7:6) finala yüksəlib. Digər yarımfinalda isə Jasmin Paolini Peyton Sternsdən üstün olub - 7:5, 6:1.

Oxu.Az xəbər verir ki, kişilərin yarışında isə son yarımfinalçılar bəlli olublar.

Yannik Sinner norveçli Kasper Ruudu darmadağın edib - 6:0, 6:1. Yarımfinalda onun rəqibi Tommi Pol olacaq. Digər oyunda Lorenzo Muzetti ilə Karlos Alkaras üz-üzə gələcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью