Romada minlərlə insan Avropanın yenidən silahlanmasına etiraz edib

05.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın paytaxtı Romanın mərkəzində daha ədalətli sosial siyasətin dəstəklənməsi üçün Avropanın yenidən silahlanmasına qarşı etiraz aksiyası keçirilib.

APA xəbər verir ki, "Yenidən silahlanmaya yox. Onları dayandıraq!" devizi altında keçirilən aksiyada 80 mindən çox insanın iştirak etdiyi bildirilir.

Aksiya zamanı baş nazir Giorgia Meloni başda olmaqla İtaliya hökumətinin və Avropa Komissiyasını (AK) pisləyən şüarlar səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью