Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
İtaliyanın paytaxtı Romada böyük sürülər halında uçan sığırçın quşları şəhər sakinlərinə çətin anlar yaşadır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, quşların ifrazatı park edilmiş avtomobilləri və küçələri çirkləndirdiyindən sakinlər yağış yağmasa belə, çətirlə gəzməyə məcbur olublar.
Məhəllə sakinləri vəziyyətdən narazılıqlarını bildirərək göydən nəcis yağdığını və özlərini bombardman altında hiss etdiklərini deyiblər.
Qeyd edək ki, köçəri quşlar hər il payız aylarında Romada böyük sürülər halında toplaşır.
Onların yaratdığı mənzərə diqqət çəksə də, ifrazatları şəhər sakinləri üçün ciddi problemə çevrilir.
Bizim.Media