Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma, 11 noyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romada tərk edilmiş yaşayış binasında güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri cəlb olunub, yanğın nəzarət altına alınıb. Binadakılar təxliyə edilib.
Hadisə nəticəsində binaya sığınan bir nəfər alovdan qaçmaq üçün yuxarı mərtəbədən tullanıb. Onun xəstəxanaya aparıldığı, vəziyyətinin ağır olduğu bildirilib.
Binanı 150-200 evsiz insan sığınacaq kimi istifadə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma