“Roma”da yeni 9 nömrə

30.07.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın “Roma” klubu “Bolonya”nın hücumçusu Santyaqo Kastronu transfer edib.

Futbolpress.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mətbuatda yer alan xəbərlərə görə, “sarı-qırmızılılar” Argentina U-20 millisinin üzvü üçün “Bolonya”ya 35 milyon avro ödəyib.

21 yaşlı hücumçu Can Pyero Qasperininin rəhbərlik etdiyi komandada 9 nömrəli formada çıxış edəcək.

Kastro ötən mövsüm “qırmızı-göylər”in heyətində bütün turnirlərdə 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentinanın “Veles Sarsfild” klubundan gəldikdən sonra komandasında ilk mövsümünü keçirən gənc forvard 2024/25 mövsümündə İtaliya Kubokunu da qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью