Romadan Berqamoya üz tutdu

16.06.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Mauritsio Sarrinin yeni iş yeri müəyyənləşib. O, “Atalanta”nın yeni baş məşqçisi təyin olunub.

"Football-plus.az" xəbər verir ki, Berqamo klubunun məlumatında italiyalı mütəxəssisin Raffaele Palladinonu əvəzlədiyi bildirilib. 67 yaşlı çalışdırıcı bir neçə gün əvvəl “Latsio”nu tərk etmişdi. Sarri daha əvvəl “Napoli”, “Yuventus” və “Çelsi” kimi aparıcı klublara rəhbərlik edib. Karyerası ərzində Turin klubu ilə A seriyasının, London klubu ilə Avropa Liqasının qalibi olub.
“Atalanta” ötən mövsüm İtaliya çempionatını 7-ci yerdə başa vurub və Konfrans Liqasına vəsiqə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью