Roman Abramoviç Kiyevdə: Zelenski ilə görüş səbəbi...

07.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə rusiyalı oliqarx Roman Abramoviç arasında Kiyevdə görüş keçirilib.

Axar.az xəbər verir ki, bunu Ukrayna deputatı Aleksey Qonçarenko Rusiya lideri Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda verdiyi bəyanatı şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Putin Zelenskinin məktubuna cavab verərkən ilk dəfə olaraq rusiyalı biznesmenlərdən birinin Kiyevə səfər etdiyini qeyd edib. Rusiya lideri bildirib ki, həmin oliqarx Ukrayna prezidentinin dəvəti ilə Ukrayna paytaxtına gəlib və mayın 21-də onun iqamətgahında olub.

Qonçarenko iddia edir ki, belə bir görüş həqiqətən baş tutmuş ola bilər. Onun məlumatına görə, söhbət məhz Roman Abramoviçdən gedir.

O, həmçinin bildirib ki, rusiyalı biznesmen Zelenski ilə görüşmək, Ukrayna ilə Rusiya arasında məlumat ötürmək məqsədilə Kiyevə səfər edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью