Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
La-Manş boğazında yerləşən Cersi adasının hakimiyyət orqanları rusiyalı milyarder Roman Abramoviçi korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilirlər və onun barəsində cinayət işi aparılır.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.
Məlumat Federal Cinayət Məhkəməsinin (İsveçrə) sənədlərinə istinadən yayılıb.
Həmin sənədlərdə qeyd olunur ki, Cersi adasının istintaq orqanları Abramoviçin sərvətinin mənşəyini araşdırmaq niyyətindədirlər.
İddialara görə, milyarder bu sərvəti 1990–2000-ci illərdə Rusiyada “xaotik və nəzarətsiz kapitalizm yüksəlişi” dövründə əldə edib.
Araşdırma çərçivəsində Cersi hakimiyyəti İsveçrədəki məhkəmələrə bir neçə sorğu göndərib.
Bu sorğular Abramoviçlə əlaqəli şirkətlərin İsveçrə banklarındakı hesabları ilə bağlı sənədlərin təqdim olunmasına aiddir.