Roma”nın 19 oyunluq seriyası qırıldı

13.05.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın "Roma" klubunun uzun müddətdir davam edən uğurlu seriyası qırılıb.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi A seriyasının 36-cı turunda səfərdə "Atalanta"ya uduzub - 1:2.

Bununla da Klaudio Ranyerinin komandasının 19 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. "Canavarlar" 19 görüşdə 14 qələbə qazanıb və 5 dəfə heç-heçə edib. "Roma" dəfə ötən il dekabrın 15-də “Komo”ya uduzub - 0:2.

Qeyd edək ki, "Roma" hazırda 63 xalla 6-cı pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью