Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Atalanta”nın baş məşqçisi Cən Piero Qasperini yaxın vaxtlarda “Roma”nın baş məşqçisi olacaq.
İdmanxeber.az-ın məlumatına görə, 67 yaşlı italiyalı 2028-ci ilə qədər romalılarla müqavilə imzalayacaq. Onun maaşı 5 milyon avro olacaq.
Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır. 2023/24 mövsümündə o, komandaya Avropa Liqasını qazandırıb. Onun rəhbərliyi altında klub İtaliya çempionatında dörd dəfə bürünc medal qazanıb.
2024/25 mövsümündə “Atalanta” 74 xal toplayaraq çempionatı 3-cü sırada tamamlayıb.