Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma şəhərində yerləşən və eramızdan əvvəl II–I əsrlərə aid edilən “Qriffinlər evi” mart ayından etibarən ilk dəfə ziyarətçilərə açılacaq.
Kulis.az xəbər verir ki, Palatin təpəsində yerləşən bu domus (Qədim Romada varlı və nüfuzlu ailələrə məxsus şəhər tipli fərdi yaşayış evi) həmin dövrə aid ən qədim və ən yaxşı qorunmuş tikili hesab olunur.
Ziyarətçilər abidəni birbaşa təmas olmadan, multimedial vasitələrlə müşayiət olunan “real vaxt” bələdçili turla izləyəcəklər.
Qeyd edək ki, layihə İtaliyanın Milli Bərpa və Dayanıqlıq Planı çərçivəsində həyata keçirilir.
"Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi təsis edildi Borc içində yaşayan dahi - Motsartın məşhur "gülən göz yaşları" effekti Nəvəsinin ölümünü əvvəldən bildi, intriqaların qurbanı oldu - Bu gün vəfat edən Məsumə Babayeva kimdir?