“Roma”nın futbolçusu əməliyyat olacaq: Mövsümü erkən başa vuracaq

20.03.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Paulo Dibala sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əzələ zədəsi olan argentinalı hücumçu yaxın günlərdə əməliyyat olunacaq.

31 yaşlı forvard mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol, 4 assistlə yadda qalıb.

Niderland millisində ciddi itki Hansı oyun, hansı kanalda? “Çelsi”dən 2 yeni transfer “Fiorentina”nın forvardı İngiltərə yolunda “Milan"a gəlməyim yanlış bir qərar idi”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью