“Roma”nın ulduzundan sevindirici xəbər

26.10.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın “Roma” futbol komandasının argentinalı hücumçusu Paulo Dibala zədəsini sağaldaraq meydana qayıtmağa yaxınlaşıb.

İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu oktyabrın 25-də keçirilən tibbi müayinələrdən müsbət nəticə ilə ayrılıb.

Baldır əzələsindəki problemdən sonra bərpa prosesini başa çatdıran Dibala komanda ilə məşqlərə qismən qoşulub.

Baş məşqçi Can Pyero Qasperinin futbolçunu “Kalyari” ilə qarşılaşmanın iştirak ərizəsinə daxil edəcəyi gözlənilir. Argentinalının həmin görüşə ehtiyat oyunçular skamyasında başlaması ehtimal olunur.

Qeyd edək ki, “Roma”nın “Kalyari” ilə qarşılaşması oktyabrın 27-nə nəzərdə tutulub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью